SOCAR bu il 32 min metrdən çox qazma işi görüb

Bu il 14 yeni quyu istismara təhvil verilib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 32 040 metr qazma işi həyata keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu ilin 4 ayında həyata keçirilən qazma işlərinin 5 631 metri aprel ayında görülüb.

Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işləri istismara aid olub.

Bundan əlavə, aprel ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 14 yeni quyu tikinti başa çatdırılaraq mədənçilərə təhvil verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar