GÜLƏN ŞƏBƏKƏSİ BAKIDA QƏTL TÖRƏDİB! - Polkovnikin oğlu öldürülüb! Fotolar+ VİDEO
Türkiyə xüsusi təyinatlı qüvvələrinin polkovniki Mustafa Dönməzin 21 yaşlı oğlunun 4 il əvvəl Bakıda avtomomobillə vurularaq öldürülməsi ilə bağlı sensasion məlumat yayılıb.
Virtualaz.org xəbər verir ki, “Ergenekon” işi üzrə 5 il 2 ay həbsdə saxlanılan polkovnik Mustafa Dönməz oğlunun ölümündə Fətullah Gülənin şəbəkəsini günahlandırıb. Bu haqda “Sabah” qəzeti yazır.
Dönməz deyib ki, oğlu Türkiyənin Boğaziçi Universitetində oxuyurdu və staj keçmək üçün Bakıya getmişdi. “Oğlum ölmədən bir həftə əvvəl təhdid edilmişdi. Polislər ona xəbərdarlıq etmişdilər ki, səni atandan betər edərik.“Sonun atan kimi olar, bu iş 5 qram heroinlə bitər. İçəridə süründürərik”deyə təhdid ediblər”-Mustafa Dönməz bildirib.
Dönməz Türkiyə silahlı qüvvələrinin qurama “Ergenekon” işi ilə bağlı həbs edilən onlarla yüksək rütbəli mənsublarından biridir. Onlara qarşı terrorçuluq, silahlı dövlət çevriliş cəhdi kimi çoxsaylı ağır ittihamlar irəli sürülmüşdü. Lakin Fətullah Gülənlə Ərdoğan arasında münasibətlər korlanandan sonra vəziyyət dəyişdi, gülənçilər Türkiyənin polis və ədliyyə sistemindən kənarlaşdırılmağa başladı. Onların Türkiyə ordusunu sarsıtmaq üçün quraşdırdıqları saxta cinayət işlərinə xitam verildi.
Polkovnikin oğlunun ölümünə səbəb olan avtomobil qəzası 2012-ci ilin sentyabrın 1-də Bakının Binəqədi rayonunda baş verib. DİN-in kriminal xronikasında deyildiyi kimi “Mercedes” markalı avtomobil yolu keçmək istəyən Türkiyə vətəndaşı, 21 yaşlı Alp Kaan Dönməzi vurub. Piyada aldığı xəsarətdən ölüb. Qəzanı törədən sürücü, 1967-ci il təvəllüdlü Hafiz Adıgözəl oğlu Vəliyev sentyabrın 12-də həbs olunub. Hazırda onun həbsdə olub-olmadığı məlum deyil.
Bu hadisənin qəza deyil, sui-qəsd olduğu haqda ilk dəfə 2014-cü ilin sentyabrında “Yeni Çağ” qəzetinin yazarı Yavuz Selim Demirdağ yazmışdı.
Müəllif yazı ki, Mustafa Dönməzin və digər ordu zabitlərinin kütləvi şəkildə həbs olunduğu polis əməliyyatları saxta dəlillər əsasında həyata keçirilib. Bu dəlillərdən biri də Mustafa Dönməzin evində guya "Ergenekon” silahlı terror təşkilatına aid olan silahların basdırıldığı yerin sxeminin aşkar edilməsi olmuşdu.
Əslində isə əməliyyatı həyata keçirən fətullahçı polislər ("Ergenekon” həbslərinə sanksiyaları Fətullah Gülənə sadiq prokuror Zəkəriyyə Öz verirdi və bu həbsləri "İmamın ordusu”nun əsgərləri, yəni fətullahçı polislər həyata keçirirdi) əvvəlcə Ankara Gölbaşı səmtində "aşkar edilmiş” silah-sursatı İstanbul Poyrazköydə təkrar basdırıblar və "aşkar ediblər”. Hər iki axtarışda "aşkar edilən” silah-sursatın seriya nömrələri eyni olub.
Qaydalara görə, axtarış əməliyyatları videokameralara çəkilib və bu kadrlarda da Ankarada "tapılan” silahlarla İstanbulda "tapılan” silahların seriya nömrələrinin, hətta üzərlərindəki cızığın eyni olduğu əksini tapıb. Ancaq polislər kadrları montaj edərək bu məqamları siliblər.
Y
Müəllifin yazdığına görə, azadlığa çıxdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinə tələ qurmuş prokurorların, polislərin, hakimlərin üzə çıxarılıb cəzalandırılması üçün mübarizə aparan Mustafa Dönməz "mənim əlimdə videoçəkilişin orijinalı var, dürüst hakimlər istəsə, onlara verə bilərəm” deyir. Ancaq hələ heç kim ondan bu görüntüləri istəməyib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.