Kosovo UEFA-ya qəbul olundu

Kosovo Futbol Federasiyası UEFA üzvü olub. Belə bir qərar Budepeştdə keçirilən UEFA Konqresindəki səsvermənin yekunlarına əsasən verilib.

Kosovonın üzvlüyü lehinə 28, əleyhinə 24 səs verilib. 2 bülleten isə etibarsız sayılıb. Bununla da UEFA-ya üzv ölkələrin sayı 55-ə çatıb.

Bundan sonra Kosovo Futbol Federasiyası FİFA üzvlüyünə qəbul olunması üçün ərizə verə və 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində iştirak edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar