Əliyar Ağayevə mövsümün sonunadək təyinat verilməyəcək

FİFA referisi Əliyar Ağayevə mövsümün sonuna qədər ölkədaxili oyunlarda təyinat verilməyəcək. Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

O bildirib ki, bunu Ə.Ağayevin özü xahiş edib: "Əliyara Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda yol verdiyi səhvə görə cəza verilməsə belə, özü mövsüm sonunadək təyinat almamağı xahiş edib. Üstəlik, nəzərə almaq lazımdır ki, o, Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında ehtiyat hakim qismində iştirak edəcək".

Qeyd edək ki, Əliyar Ağayev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" - "Qəbələ" oyununda qonaqların lehinə olan penalti epizodunu düzgün dəyərləndirməyib. Referinin yalnış qərar verdiyini özü və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da etiraf edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar