«Qaydaları Amerika müəyyən etməlidir!» - OBAMA

obama-bestXarici KİV-in yaydığı məlumata görə, başda ABŞ olmaqla, Sakit okean hövzəsinin 12 ölkəsi «Sakit okean ticarət bloku»nda birləşib. Bununla bağlı ABŞ prezidenti Barak Obamanın dünən «The Washington Post» qəzetində məqaləsi dərc olunub. Məqalədə ABŞ prezidenti Konqresi, Asiya-Sakit okean bölgəsinin (ASB) 12 ölkəsi arasında azad ticarət zonasının yaradılmasını nəzərdə tutan Trans-Sakit okean əməkdaşlığı (TSƏ) barədə razılaşmanı təsdiq etməyə çağırıb (TASS).

«Qaydaları Amerika müəyyən etməlidir. Qərarı Amerika qəbul etməldidir. Digər ölkələr ABŞ və müttəfiqləri tərəfindən müəyyən olunmuş qaydalar əsasında oynamalıdırlar, əksinə yox...» - deyə, Barak Obama "The Washington Post" qəzetində dərc olunmuş məqaləsində yazıb.

Prezident Trans-sakit okean əməkdaşlığının (TSƏ) Amerika biznesinə və Amerika cəmiyyətinə faydalı olacağına şübhə etmir: «Bu razılaşma həm də Amerikanın milli təhlükəsizliyini möhkəmlədir. Səfalətdən əzab çəkən insanların sayı azaldıqca, bizim ticarət həmkarlarımız çiçəkləndikcə və bizim iqtisadiyyatımız strateji baxımdan əhəmiyyət kəsb edən bölgədə daha sıx əlaqələr qurduqca, Amerika daha güclü olur və onun təhlükəsizliyi yüksəlir».

Bununla bərabər, Obama Konqresi tələsməyə çağırıb. Çünki ABŞ-ın əsas ticarət rəqibi Çin də Asiya-Sakit okean bölgəsinin (ASB) digər ölkələri ilə ticarət qaydalarını müzakirə edir.

«Ötən həftə Çin və 15 ölkə nümayəndələri Avstraliyada görüşərək, ilin sonuna qədər özlərinin «Hərtərəfli bölgə iqtisadi əməkdaşlığı» qaydalarının qəbulu məsələsini müzakirə ediblər» - deyə, prezident qeyd edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar