“Gülən camaatı” ilə bağlı YENİ ŞOK faktlar - VİDEO

Fətullah Gülənin Pensilvaniyadakı iqamətgahı bir zamanlar Yezuit təriqətinə (Xristian katolik məzhəbi) məxsus olub. “Axar.az” xəbər verir ki, bu iddia ilə məşhur iqtisadçı ekspert Ömər Özbay çıxış edib. Ekspert bu villanın bir zamanlar Yezuit təriqətinə aid olduğunu bildirib. Onun sözlərinə görə, sonradan bu villa məhz “Gülən camaatı”na aid olan qruplar tərəfindən alınıb: “Bu villa ilə bağlı bir çox qeyri-məlum məsələ var. Əvvəl bu iqamətgah Yezuit təriqətinə məxsus olub. Lakin sonradan bu villa 1993-cü ildə Hüseyn Çopur adlı şəxs tərəfindən alınıb. Bir müddət sonra isə “White Rose” vəqfinə satılıb. “Gülən camaatı”na aid olan bu vəqf sonradan eyni təriqətin digər bir idarəsinə - “Golden Generation”a təhvil verilib. “Golden Generation” ilə “White Rose” bir müddət sonra birləşib”.

İqtisadçı ekspert bu məzhəbin xristianlıqda dörd önəmli təriqətdən biri olduğunu bildirir.

1534-cü ildə qurulan bu təriqət sonradan Avropa və ABŞ-da mühüm nöqtələri ələ keçirməyi bacarıb. Təriqətin “Gülən camaatı” ilə oxşar cəhəti təhsil sektorunda xüsusiylə fərqlənməsidir. Avropa və ABŞ-da fərqlənən təriqət buradakı məktəbləri vasitəsilə müxtəlif idarələrə öz tələbələrini yerləşdirməyi bacarıb. Burada yerləşən tələbələr isə təriqətdən gələn əmrlər əsasında hərəkət edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar