ABŞ neft-qaz sektorunda iflasların sayı rekord vurub

ABŞ neft-qaz sektorunda iflasların sayı rekord vurub

Neftin qiymətinin 45 dollar/barel səviyyəsi rentabelli deyil

ABŞ-ın energetika sektorundakı şirkətlərin 13%-nin borc səviyyəsi spekulyativ həddə olmaqla iflas etmək üzrədir. "Report" "The Financial Times"a istinadən xəbər verir ki, beynəlxalq reytinq şirkəti "Fitch"ə görə, bu göstərici rekord təşkil edir. Qeyd edək ki, son 3 gündə ABŞ-da daha 2 şirkət iflas edib.

"Fitch"dən həmçinin bildirilib ki, 2016-cı ilin sonuna qədər ABŞ-ın energetika sektorundakı şirkətlərin 20%-i iflas edə bilər. Agentliyin analitiki Şaron Bonelli qeyd edib ki, iflaslar əsasən xammal sahəsində müşahidə olunub ki, bu da şirkətlərin aşağı xammal qiymətlərinə uyğunlaşma prosesi ilə açıqlanır.

"JPMorgan Chase&Co"nun baş kredit analitiki Tarik Həmidin sözlərinə görə neft qiymətləri orta hesabla il ərzində 35 dollar/barel səviyyəsində qalarsa,150 spekulyativ səviyyəli borca sahib olan şirkətlərin 36%-nin iflas edəcəyi ehtimal edilir.

Aprelin 30-u və mayın 1-də "Ultra Petroleum" və "Miodstates Petroleum" ödəmə qabiliyyətlərinin olmaması ilə bağlı açıqlama veriblər. "The Wall Street Journal"a görə, bu iki şirkətin məcmu borcu 5,8 mlrd. dollar təşkil edib.

"Gavin/Solmonese" konsaltinq şirkətinin hesabatına görə, 2015-ci ildə 67 şirkət iflas etdiyini açıqlayıb ki, bu da 2014-cü illə müqayisədə 49 ədəd və ya 380% çoxdur.

"İnvesco " şirkətinin analitiki Skott Robertsin sözlərinə görə, iflasların gələcəyi ilə bağlı müsbət bir ehtimal yoxdur. Bir çox şirkət neftin qiymətinin 45 dollar/barel səviyyəsində də rentabelli çalışa bilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar