MSK-nın iclasında Hafiz Hacıyevə "donqili" dedilər

"Cəmil Həsənli əslində heç bir qanunu pozmayıb. Bir var şəxsin həyatı, bir də var ictimai şəxsin həyatı. Avropa hüququ çərçivəsində belə bir şey var ki, prezident və ailəsi siyasi şəxs olduğuna görə, C. Həsənlinin iddiası da siyasi iddiadır. Bu ona qarşı təhqir deyil". MSK-nın bu gün keçirilən iclasında MSK üzvü Akif Qurbanov sədr Məzahir Pənahova müraciət edib. ANS PRESS-in məlumatına görə, o bildirib ki, yanaşma hüquqi çərçivədə olmalıdır. O, Hafiz Hacıyevin hərəkətinin xuliqanlıq olduğunu bildirib: "Birincisi Hacıyev boş butılka atmayıb, butılka dolu olub. Bu xuliqanlıq hadisəsidir. Bir namizəd digər namizədin övladını təhqir edir".

Akif Qurbanov həmçinin Hafiz Hacıyevə xəbərdarlığı da düzgün hesab etmir. Məzahir Pənahova müraciət edən A. Qurbanov bildirib ki, layiq olmayan şəxsləri namizəd kimi qeydə alanda belə halların olacağı məlum idi: "Məzahir müəllim, ingiliscə desək "fake" Naxçıvan ləhcəsində desək "donqilı" namizədləri seçəndə belə olacağını bilməli idiniz".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar