Müavini İqbal Ağazadəni ittiham edərək istefa verdi - "Gizli şəkildə namizədliyini verib"

Ümid Partiyası sədrinin müavini Həcər Abbaslı tutduğu vəzifədən və partiya sıralarından istefa verib. Bu barədə xanım siyasətçi yaydığı bəyanatında məlumat verib. AzPolitika.info H.Abbaslının bəyanatını təqdim edir:

"Mən, Həcər Abbaslı bu gündən Ümid Partiyası sədrinin gender məsələləri üzrə müavini vəzifəsindən və partiya üzvlüyündən istefa verdiyimi bəyan edirəm.

Bildirmək istəyirəm ki , partiya daxili qərarların demokratik yolla qəbul edilməməsi, partiya daxili idarəçiliyin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, perspektivi və ümumkomanda maraqları əsasında deyil, sədrin şəxsi münasibətləri zəminində aparılması bu qərarı verməyimə səbəb oldu.

Qərarımı qətiləşdirən başqa bir fakt Azərbaycan Respublikası Milli Məclisinə 2016-ci il 18 iyun tarixli təkrar seçkilərində iştirak etmək istəyim və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmçinin sədrin özünün namizədliyini partiya rəhbərliyi və üzvləri ilə müzakirə etmədən, gizli şəkildə irəli sürməsi olmuşdur.

Bəyan edirəm ki, bu gündən müxalif partiya imitasiyasında, cəmiyyətimizdəki demokratik inkişaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm".

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar