Barak Obama öz namizədini açıqladı

obama-bestABŞ-da prezident seçkilərinin hazırlıq mərhələsində baş verən olaylar dünyanın gündəmində olan bir nömrəli məsələdir. Vaxt daraldıqca, ABŞ prezidentliyinə namizəd olacaq şəxslər arasında mübarizə daha da qızışır.

Belə ki, son olaraq, ABŞ-ın 5 ştatında keçirilən praymerizlərdə Demokratlar Partiyasından Hillari Klinton, Respublikaçılar Partiyasından Donald Tramp qalib gəlmişdi. Ötən gün isə ABŞ prezidenti Barak Obamadan prezident seçkilərində namizədlik üçün yarışan Hillari Klintona açıq dəstək gəlib.

Bu günə qədər hansı namizədi dəstəklədiyinə dair açıqlama verməkdən yayınan Barak Obama Ağ evdə təşkil olunan qala gecəsində onun yerində oturacaq növbəti prezidentin qadın olacağına eyham vurub. Bu isə Obamanın yeganə qadın namizəd olan Hillari Klintona dəstəyi kimi qiymətləndirilib.

"Bu səhnədə gələn il başqa biri olacaq. Bu qadının kim olacağını hər kəs təxmin edə bilər " - deyə Obama özündən sonra Ağ Evə ev sahibliyi edəcək adamı nəzərdə tutaraq, Hillari Klintona işarə edib.

Qala gecəsində siyasət, media, sənət, əyləncə və iş dünyasından çoxlu sayda məşhur şəxslər, o cümlədən ABŞ-ın vitse-prezidenti Co Bayden, Demokratlar Partiyasından prezidentliyə namizədlik uğrunda yarışan Vermont senatoru Berni Sanders və Beynəlxalq Valyuta Fondunun prezidenti Kristian Leqard iştirak edib.

B.Obama namizədlik uğrunda yarışanların hər birinə sataşaraq, D.Trampın üzərində dayanıb. O, D.Trampın qalaya qatılmamasına toxunub: “Bu axşam burada iştirak etməməsindən bir az incindim. Keçən il çox əylənmişdik. Bu, məni hətta bir az çaşdırdı. Salon jurnalistlərlə, məşhurlarla, kameralarla doludur və o, gəlmir. Bu yemək Donald üçün çoxmu sıradandır? Bu yeməyə qatılmaq yerinə o indi nə edir, görəsən? Evdəmi ilişib, yoxsa, Angelaya (Angela Merkel), Almaniya baş nazirinə təhqir etmək üçün tvit atır?”

Başqa bir qalmaqallı açıqlama isə ABŞ-ın Respublikaçılar Partiyasından Cənubi Karolina senatoru olan Lindsey Qrahamdan gəlib. O, partiyanın öndə gedən namizədlərindən olan işadamı Donald Trampın prezident seçilməsinin ABŞ-da növbəti “11 sentyabr” hücumuna səbəb ola biləcəyini iddia edib.

L.Qraham CBS televiziyasına verdiyi müsahibədə partiyanın namizədliyə ən güclü namizədi D.Trampın xarici siyasət strategiyalarını tənqid edib. O, D.Trampın ABŞ-da vətəndaş müharibəsinə səbəb ola biləcəyini, onun xarici siyasətinin isə təhlükəli olduğunu açıqlayıb.

Donald Tramp isə L.Qrahama ictimai media üzərindən cavab verib. O, tvitter hesabından qeyd edib ki, L.Qrahamın dediklərini izləyib: “Bəs, nə üçün balaca uşaq kimi onu prezidentlik yarışından uzaqlaşdırdığımı danışmadı?”

Qeyd edək ki, Lindsey Qraham partiya içində kifayət qədər dəstək toplaya bilmədiyinə görə ötən aylarda seçki kampaniyasından ayrılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar