Rusiya NATO-nun ölkə sərhədlərində möhkəmlənməsinə qarşı 3 yeni diviziya yaradır

Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə qarşı bu ilin sonuna qədər 3 yeni diviziyanın yaradılacağını bəyan edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yeni diviziyalar Qərb və Cənub hərbi dairələrində yaradılacaq. “Müdafiə Nazirliyi tərəfindən NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə qarşı bir sıra tədbirlər görülür. Bu ilin sonuna kimi Qərb və Cənub hərbi dairələrində 3 yeni diviziya formalaşdırılacaq. Hazırda dislokasiya yerlərinin yaradılması prosesi gedir”, - deyə nazir qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar