"Novostroyka"larla bağlı işçi qrupu yaradılacaq

Çoxmənzilli binalarda idarəetmənin təşkiliylə bağlı İqtisadiyyat Nazirliyində işçi qrupu yaradılacaq. Bu barədə Belediyye.info-ya məlumat Nəsimi bələdiyyəsindən bildirilib. Bələdiyyədən bildirilib ki, “Mənzil fondunun idarə olunmasının təşkilində bələdiyyələrin və ictimai birliklərin rolu” mövzusunda keçirilən dəyirmi masada bələdiyyə sədri Nazim Qaraxanovun bu istiqamətdə irəli sürdüyü təklif nazirlik rəsmiləri tərəfindən müsbət qarşılanıb.

İrəli sürülən təklifin əsas məqsədi çoxmənzilli binalarda idarəetmənin təşkilində bələdiyyələrin vəzifələrinin dəqiqləşdirilməsi, habelə mövcud vəziyyətin təhlili və problemlərin həlli yollarının müəyyən edilməsidir.

Yaradılması nəzərdə tutulan işçi qrupuna mütəxəssislər, bələdiyyə sədrləri və mənzil mükiyyətçilərinin müştərək cəmiyyətlərinin sədrləri daxil ediləcək.

Qeyd edək ki, bu istiqamətdə nazirlik beynəlxalq təşkilatların iştirakıyla xüsusi layihə icra edir. Nazirlik əməkdaşları tərəfindən layihə çərçivəsində Sumqayıt, Mingəçevir, Nəsimi, Bakıxanov bələdiyyəsində görüşlər keçirilib, çap məhsulları paylanılıb.

Layihənin sonunda xarici təcrübənin öyrənilməsi məqsədiylə səfərlərin təşkili də nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar