Azərbaycan cüdoçusu reytinq siyahısında birinci pillədə qərarlaşıb

Orxan Səfərov isə 4-cüdür

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. "Report"un məlumatına görə, Avropa çempionatında 73 kq çəkidə qızıl medal qazanan Rüstəm Orucov siyahının ilk pilləsində qərarlaşıb.

100 kq-da Elmar Qasımov birinci, Elxan Məmmədov isə 21-cidir. Avropa çempionatının gümüş mükafatçısı Orxan Səfərov yeni reytinqdə 4-cü olub. İlqar Müşkiyev (60 kq) 14, Nicat Şıxəlizadə (66 kq) 10-cu pillədə yer alıb.

Qadınlarda isə 48 kq-da yarışan Aişə Qurbanlı 45-ci yerdə qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar