"Hərbi texnikamızı düşmənin mövqelərinin arxasına keçirdik” - Azərbaycan zabiti

“Düşmənin minaladığı sahələri vaxtında və itkisiz təmizləyib, öz hərbi texnikamızı düşmənin mövqelərinin arxasına keçirməyə nail olduq”.

Bunu APA-nın Qarabağ bürosuna Lələtəpə yüksəkliyinin tutulmasında iştirak edən döyüşçülərdən biri, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən hərbi xidmətdə fərqlənməyə görə, 3-cü dərəcəli medalla təltif olunan “N” saylı hərbi hissənin zabiti Ruslan Qasımov deyib.

Təltif olunan hərbçilər adından Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edən zabit deyib ki, Ali Baş Komandanın tapşırıqlarını hər an yüksək səviyyədə yerinə yetirməyə hazırdırlar.

[gallery columns="4" size="medium" ids="213113,213114,213115,213116" orderby="rand"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar