İcra başçısı tualetlə bağlı təntənəli mərasim keçirdi - Lent kəsilib

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatıb. Layihə çərçivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb.

Yerli KİV-in yazdığına görə, layihənin başa çatması münasibətilə Beyləqan şəhər 1 nömrəli tam orta məktəbdə mərasim keçirilib.

Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi iştirak edib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev qonaqlara rayon haqqında məlumat verib, Azərbaycanda həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib.

Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar