İbrahimbəyov Rusiyanın Krıma müdaxiləsindən danışdı - MÖVQE

"Mən Ukraynanın ərazi bütövlüyünün saxlanmasının tərəfdarıyam".

Bunu Qaynar.info-ya eksklüziv açıqlamasında Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Rusiyanın Krıma müdaxiləsini şərh edərkən deyib.

O bildirib ki, bununla bağlı fəxri sədri olduğu Milli Şura bəyanat yayıb: "Mən də Milli Şuranın fəxri sədriyəm. Mövqeyim Milli Şuranın bəyanatında aydın şəkildə öz əksini tapıb və Ukraynada da müzakirə olunub. Mən Ukraynanın ərazi bütövlüyünün saxlanılmasının tərəfdarıyam. Hesab eləyirəm ki, Rusiyanın ordu yeridərək Ukraynanın ərazi bütövlüyünə müdaxilə etməsi və ərazi bütövlüyünün dəyişdirilməsi yolverilməzdir və hətta bu hal bütün dünya üçün təhlükəlidir. Yəni istər Ukrayna, istər Azərbaycan, istərsə də Rusiya olsun, heç bir dövlətin ərai bütövlüyünə toxunmaq olmaz. Sabah belə bir təhlükə Rusiya üçün də yarana bilər. Ona görə də mən buna kəskin şəkildə etiraz edirəm".

Qeyd edək ki, martın 12-də Demokratik Qüvvələrin Milli Şurası Ukraynada baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib. Həmin bəyanatda bildirilir ki, Rusiya öz hərbi qüvvələrini Krımdan çıxarmalı, Krım ətrafında baş verən hadisələr dinc yolla nizama salınmalı, problemin həllində beynəlxalq hüququn və beynəlxalq münasibətlərin universal prinsiplərinin rəhbər tutulmalı, Ukraynanın ərazi bütövlüyü əsas götürülməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar