Oğurluğun bütün halları üzrə cəzalar ağırlaşdırılır

1449295294_milli-meclis Azərbaycanda oğurluğa görə cəzalar bir neçə dəfə ağırlaşdırılır, eyni zamanda mütəşəkkil dəstə oğurluğunun minimum həbs müddəti uzadılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, prezidentin təqdimatı ilə Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinə əlavə və dəyişikliklər ediləcək.

Maddənin 1-ci bəndinə təklif olunan dəyişikliyə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 500 manatdan 1000 manata qədər cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hazırda isə bu cəza yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddənin 2-ci bəndinə təklif edilən beşinci hissəyə görə, oğurluq “zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə, 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Maddənin 3-cü bəndinə təklif edilən dəyişikliyə görə, “eyni əməllər: mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Hazırda isə bu cəza 6 ildən 12 ilə qədərdir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 6-da müzakirəyə çıxarılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar