"Şərq Tərəfdaşlığının bütün potensialını itirdiyinə dair şübhələr artmaqda davam edir"

"Azərbaycan Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Viseqrad və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündəki çıxışında deyib.

Nazir bildirib ki, Avropa İttifaqı qonşuluğunda yeni geosiyasi inkişaf və çağırışlar, həmçinin, Aİ-nin Azərbaycanla gələcək əlaqələrini formalaşdıracaq: "Ümid edirik ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti Avropa İttifaqı ilə münasibətlərdə tərəfdaş ölkələrin fərqli istəklərinə uyğun olacaq. Azərbaycan əməkdaşlığın potensial sahələrinə özünün cəlb edilməsinin araşdırması məqsədilə yenilənmiş Avropa Qonşuluq Siyasətində nəzərdə tutulan birgə tematik çərçivədə Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır".

Azərbaycan xarici işlər naziri vurğulayıb ki, Şərq Tərəfdaşlığının zəiflədiyinə və bütün potensialını itirdiyinə dair şübhələr artmaqda davam edir: "Biz Aİ ilə ikitərəfli münasibətlərimizdəki irəliləyişi qiymətləndiririk, bu xüsusda Şərq Tərəfdaşlığının çoxtərəfli formatda çatdırmaq bacarığı proqramın bütöv səmərəliliyini müəyyən etməkdə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan tərəfindən irəli sürülən və həyata keçirilən böyük trans-regional layihələr Şərq Tərəfdaşlığı çoxtərəfli formatının dirçəldilməsinə perspektivli təsir göstərir".

Cənub Qaz Dəhlizi bu xüsusda Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ üzv dövlətləri və namizəd ölkələrdən müxtəlif pay sahiblərinin daxil olduğu unikal bir layihədir. Bu yaxınlarda Bakıda keçirilən və Federika Moqerini və Maros Sefcovicin iştirak etdiyi Məşvərət Şurasının 2-ci Nazirlər Görüşü bu layihənin maneəsiz həyata keçirilməsinə dair birlik və həmrəylik mesajını çatdırdı. 17 may tarixində Yunanıstanın Thessaloniki şəhərində təşkil olunacaq TAP-ın təməlqoyma mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoyacaq. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaqdır".

Nazir qeyd edib ki, Azərbaycanın çoxtərəfli əməkdaşlığa töhfəsi trans-regional neft və qaz infrastruktur layihələri ilə məhdudlaşmır: "Bu ilin sonlarına qədər təhvil verilməsi gözlənilən Bakı-Tbilis-Qars dəmiryolu layihəsi bərpa edilən qədim İpək Yolunun ayrılmaz komponenti kimi qəbul edilir. Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam realliğa çevrilməsi sözügedən dəmiryolunu regionun ən vacib infrastrukturları sırasına qoşacaqdır. Bu artıq Aİ ilə nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük mərkəz rolunu oynayır. Azərbaycan həm də Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etmək üzərində işləyir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar