​Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

affa-loqo 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

"Report"un məlumatına görə, baş məşqçi Təbriz Həsənov turnirdə 20 futbolçunun xidmətindən yararlanacaq.

Bunlar Kamran İbrahimov, Elçin Əsədov, Pilağa Mehdiyev ( hər ikisi "Neftçi"), Ceyhun Muxtarlı, Süleyman Əhmədov, Nadir Qasımov (hər üçü "İnter"), Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi "Xəzər Lənkəran"), Ricat Qarayev ("Sumqayıt"), Fərid Nəbiyev ("Qəbələ"), Məmməd Hüseynov ("Qarabağ"), Ege Atlam, Hüseyin Seyliğli, Metin Güler (hər üçün "Beşiktaş"), İsmayil Karakaş, Doğukan Öksüz (hər ikisi "Trabzonspor"), Barış Ekincier ("Rot-Weiss Essen" (Almaniya), Murad Mahmudovdur ("Leipzig" (Almaniya).

Ehtiyat oyunçu kimi millinin heyətində Murad Popov ("Qəbələ") və Bahadur Həziyev ("Neftçi") yer alıb.

Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya, Belçika və Şotlandiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar