İki uşaq anası intihara cəhd edib

Ucar rayonunda iki uşaq anası intihara cəhd edib. "Report"un xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Qarabörk kənddində baş verib.

Belə ki, Göyçay şəhər sakini 24 yaşlı Könül Vahid qızı Şirəliyeva kəsici alətlə qolunda və ayaq nahiyyəsində olan damarlarını kəsərək intihar etmək istəyib. K.Şirəliyeva Ucra Rayon Mərkəzi Xəstəxanasına( RMX) çatdırılıb. Xəsdəxanadan "Report"a bildirilib ki, ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilən K.Şirəliyeva əməliyyat olunub və vəziyyəti ağırdır.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Hadisə şahidlərinin verdiyi məlumata görə, K.Şirəliyeva 4 il əvvəl Ucar rayonunun Qarabörk kənd sakini Elgün İsmayılovdan boşanıb. Məhkəmənin qərarı ilə E.İsmayılov iki uşağına ayrılan alimenti verməkdən boyan qaçırıb. K.Şirəliyeva onun yaşadığı evə gedərək aliment təlkəb edib və qarşı tərəfin təhqirinə məruz qalıb. Sonra o intihara cəhd edib.

Goyçay şəhər sakini 24 yaşlı Könül Vahid qızı Şirəliyeva 4 il əvvəl boşandığı Ucar rayon Qarabörk kənd sakini Elgün İsamyılovun yaşadığı evə gedərək məhkəmənin qararı ilə övladlarına kəsliən alimenti tələb edib.

Qeyd edək ki, E.İsmayılov ikinci dəfə ailə qurub. Hadisədən sonra o qaçaraq gizlənib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar