Milli Şura ödənişli efirdən də istifadə edəcək

Həsən Kərimov: «Gələn həftə partiya liderlərinin də teleçıxışını planlaşdırırıq»

İctimai Televiziyada prezidentliyə namizədlər üçün ayrılan ödənişsiz efir vaxtı normal təbliğat kampaniyası aparmağa imkan vermir. Namizədlərin çoxluğu üzündən hər bir namizədə düşən vaxt 6 dəqiqə olduğundan bu müddətə seçki platformasını elan etmək mümkünsüzdür. Digər tərəfdən hakimiyyətin təxribatları üzündən Milli Şuranın namizədi ona ayrılan 6 dəqiqədən də tam səmərəli istifadə edə bilmir. Ona görə normal seçki təbliğatı aparmaq üçün Milli Şuranın ödənişli vaxtdan da istifadə etməsi zərurətə çevrilir. Digər tərəfdən Milli Şurada təmsil olunan siyasi partiya liderlərinin, tanınmış şəxslərin, ziyalıların da teleçıxışlarının seçki kampaniyasının gedişinə müsbət töhvə verəcəyi şübhəsizdir. Bu istiqamətdə Milli Şuranın planlarının nədən ibarət olduğunu öyrənmək üçün Milli Şuranın vahid namizədinin Seçki Qərargahının həmsədri Həsən Kərimova müraciət etdik. H.Kərimov bildirdi ki, Milli Şuranın ödənişli efir vaxtından istifadə etmək fikri var: «İctima Televiziyada ödənişli efir vaxtının dəqiqəsi üç min manat müəyyənləşdirilib. Bu rəqəm ölkə reallıqlarına tamamilə uyğun deyil. Amma Milli Şura axtarışdadır. Milli Şura ona görə gələn həftə partiya liderlərinin Əli Kərimlinin, İsa Qəmbərin çıxışlarını təşkil etmək niyyətindədir. Təbliğat kampaniyası dövründə Milli Şuraya daxil olan və olmayan digər tanınmış şəxslərin, ictimaiyyət xadimlərinin də Cəmil Həsənlinin təbliğat kampaniyasında yaxından iştirakını planlaşdırırıq».(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar