"İslahatların aparılması üzrə bütün tapşırıqlar tam yerinə yetirilib" - Aydın Əliyev

Dövlət Gömrük Komitəsi (DGK) gömrük sistemində islahatların aparılması üzrə bütün tapşırıqları tam yerinə yetirib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Komitə sədri Aydın Əliyev bildirib.

A.Əliyev deyib: "Bildiyiniz kimi, bu ilin mart ayında Azərbaycan Prezidenti gömrük sistemində islahatların davam etdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamdan irəli gələn məsələləri həll etmək üçün bizə iki ay ayrılmışdı. Biz müxtəlif dövlət orqanları ilə birgə qərar layihələrini və normativ aktları hazırlayıb onları Nazirlər Kabinetinə və Prezident Administrasiyasına təqdim etdik".

Onun sözlərinə görə, bir ay əvvəl DGK elektron bəyannamə üzrə pilot layihəyə başlayıb. Bu gündən isə Azərbaycan tam olaraq malların və nəqliyyat vasitələrinin elektron bəyanetmə sisteminə keçib.

A.Əliyev qeyd edib ki, yaxın vaxtlarda islahatlarla nəzərdə tutulmuş digər məsələlər də öz həllini tapacaq: "Xüsusilə yaxın vaxtlarda sahibkarların dəstəklənməsi məqsədilə gömrükdə "yaşıl dəhliz"lərin yaradılması üzrə qərar qəbul olunacaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar