Kosovo üçün də vizasız rejim təklifi

Avropa Komissiyası Avropa Birliyinə Kosovoya qarşı viza rejiminin qaldırılmasını məsləhət görüb.

Miqrasiya məsələləri üzrə komissar Avramopulos mayın 4-də jurnalistlərə bildirib ki, Kosovoda xeyli tərəqqi əldə edilib və ümid edir ki, hökumətlər və Avropa Parlamenti təklifi tezliklə təsdiqləyəcəklər.

Avropa Parlamentinin məlumatına görə, Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini mayın 5-də Kosovo liderləri ilə görüşməlidir.

Qeyd edək ki, Avropa Birliyi bundan əvvəl Türkiyə, Ukrayna və Gürcüstanla da bağlı eyni təklif verib.  /Azadlıq radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar