Avropada 500 avroluq əskinasların dövriyyədən çıxarılmasına başlanıb

AzPolitika.info «İnterfaks» agentliyinə istinadla xəbər verir ki, Avropada 500 avroluq əskinasların dövriyyədən çıxarılmasına başlanıb.

500 avro dəyərində olan əskinasların miqdarı 2015-ci ilin dekabrından başlayaraq azalmağa başlayıb. Amma hələ ki, onların dövriyyədən çıxarılması barədə rəsmi qərar yoxdur.

KİV-in yazdığına görə, Avropa Mərkəzi Bankı (AMB) bu haqda qərarın qəbul edilməsini gözləmədən, artıq onların məhv edilməsinə başlaya bilər. Ötən ilin sonuna avroəskinasların sirkulyasiyası barədə AMB-nın aylıq dərc olunan statistikasına görə, nominal dəyəri 500 avro olan əskinasların sayı demək olar 613,56 milyon ədəd təşkil etdiyi halda, cari ilin birinci rübünün sonuna azalaraq, 594, 417 ədəd olub.

Beləliklə, requlyator ötən müddət ərzində təqribən, 10 milyard avro dəyərində 500 avroluq əskinası dövriyyədən çıxarıb.

Əskinasların sayının belə azalması adi iş deyil, çünki 2002-ci ildən üzübəri bütün avroəskinasların tirajı durmadan artır. Bu, təbii prosesdir və avrovzonanın iqtisadi yüksəlişindən şərtlənir. Həm də onunla ki, inflyasiya pulun dəyərinin bir hissəsini «yeyir». Ona görə də birinci rübdə bütün avroəskinasların sayı artıb, təkcə 500 avroluqdan savayı.

Bildirilir ki, ən yüksək nominallı əskinaslar kriminal biznes hesablaşmalarında, məsələn, narkoticarətdə və ya çirkli pulların yuylmasında istifadə olunur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar