"NARKOMAN OĞLANLARI QAÇIB XARİCDƏ GİZLƏNİB..." - Abutalıbova ŞOK ittihamlar

"Normal adamlar varkən bunu vəzifədə niyə saxlayırlar mən anlamıram”

"Yeganə çıxış yolum qalıb, ad günümdə əlimə bir lom götürüm, gedib Hacıbalanın..."

“Hacıbala, ayıbdır, adamın insafı, vicdanı, kişiliyi olar. Başa düşdük ki, bu hökuməti, qanunları saymırsan. Əgər mənimlə düşmənçiliyin varsa, gəl kişi kimi düşmənçilik edək. Vəzifədən istifadə edərək maskalanıb (yazılması mümkün olmayan ifadə......) edirsən, bunu da başa düşdük. Bəs mənim adımdan nəyə görə yalan informasiyalar verirsən, nəyə görə məndən ipə-sapa yatmayan bir obraz düzəltmisən? Mən sənin kimi (yazılması mümkün olmayan ifadə.....) bəyəm? Sən mənə hansı təklifi etmisən ki, mən razı olmamışam, nə zaman etmisən axı o təklifi? Mənimlə alver etməyə çalışma, məhkəmənin qərarı var və canın çıxsın gedib o qərarı icra elə!”.

Bunları Moderator.az-a açıqlamasında kinorejissor, aktyor Şeyx Əbdül Mahmudbəyov Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciətində deyib.

Ə.Mahmudbəyov bildirib ki, üç məhkəmənin qərarından xeyli müddət keçməsinə baxmayaraq, Bakı şəhər meri hələ də verilən qərarları icra etmir: “Prezident sərəncamı ilə məhkəmənin qərarları icra olunur. Bunlar sacda qovrulan qovurğa kimi o qədər sinsiyiblər ki, heç bunlara söz də təsir eləmir. Artıq söz deməyin də heç bir mənası yoxdur. Hansı əxlaqın, hansı mənəviyyatın daşıyıcısı olduqları, necə tərbiyyə aldıqları bəlli deyil. Üç məhkəmə qərarı var, yalandan bəhanə gətirmək, camaata səhv informasiya vermək lazım deyil. Evimi uçurtmusan və bununla bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmi aktı, bütün əlaqədar təşkilatların rəsmi sənədləri, üç məhkəmənin rəsmi qərarları, hansı ki, o məhkəmələrə sən vermisən məni, indi sən kimsən ki, məhkəmə qərarlarını icra etməyəsən? Heç kim olmayan bir adam bu boyda dövlətin qanunlarını saya saymır. Ən gülməlisi odur ki, o sahəylə məşğul olan adamlar, məhkəmə qərarının icra strukturu və digər strukturlar da ondan qorxurlar. Deyirlər ki, əlimizdən gələni etmişik, ancaq indi qorxuruq, o prezidentə yaxın adamdır, gedib bizi satar. Axı o gedib prezidentə nə deyəcək ki? Biz burda torpaq, vətən alveri etmirik ki, prezidentə nəsə deyə? Başa düşə bilmirəm ki, o kimdir, nədir. Mətbuatdan ona zəng vurublar, cavab verib ki, mənim pulum yoxdur, olanda dəymiş zərəri ödəyəcəm. Hesablama Palatasının bəyanatı, komissiyanın rəyi var, hər şeyi açıb töküblər ortaya, Hacıbala bəs niyə həbs olunmur? Bunlar ölkəni dağıdıblar, pis günə qoyublar, min dənə bəhanə, oyun çıxarıblar, qanun saymırlar, ölkənin qanunlarını tanımırlar, istədiklərini satırlar, alırlar, dağıdırlar. Amma bunlara bir söz deyən yoxdur. Yaxşı, belə cərə desinlər, cəhənnəmə desinlər, Hacıbala da cəhənnəmin baş qapısında dayansın”.

Kinorejissor şəhər merinin onun adından yalan danışdığını da vurğulayıb: “Məhkəməninin qərarı var, ancaq bu hələ də boş-boş danışır. Güya mənə nəsə təkliflər eləyib, amma mən razı olmamışam. Yalançının atabaatasına lənət, yalançıya Allah qənim olsun! Məni indi yandıran bu yalandır, heç ev məsələsi o qədər yandırmır. Adamın vicdanı, insafı olar, mən bəyəm dəliyəmmi ki, gecə-gündüz davasını döydüyüm işdən imtina edəm. Gəl, bax gör, mən hansı şəraitdə yaşayıram, o boyda əsərləri, layihələri dizimin üstündə işləyirəm. Başıma yağış yağır, toz tökülür. Utanıb yerə girmir, hələ üstəlik yalan da danışır. Bu boyda Bakını çapıb talayıb, villlar tikdirib, küçədə qalan narkoman oğlanları qaçıb xaricdə gizlənib. Vətəndə müharibə gedir, gəlsinlər də ölkəyə, niyə qaçırlar? Park salıb, parkın içi başdan ayağa restoran, kafedir, səhərə qədər onun oğlanlarına xidmət edir. Yerin altında beş minlik qaraj tikdirib, onun pulu hara gedir ki, evimə vurduğun zərəri ödəməyə pulun yoxdur? Evimi uçurmusan ya pulu ver, ya da evimi, səndən başqa heç nə istəmirəm. Boş-boş yalan-palan danışma. Şeyx Əbdül Mahmudbəyovun 50 ildə Azərbaycan xalqına, vətəninə, ideologiyasına, milli mənəvi dəyərlərinə, tarixinə, kinosuna göstərdiyi xidmətin bir faiz qara qəpiyi qədərdir Hacıbala kimi adamlar, Azərbaycanı çapıb, talayıb pis günə qoyan adamlar. Dövlətin pulunu sağa-sola xərcləyib kef edirlər, prezident iş görür, bunlar da onun kölgəsində gizlənib kef edirlər. İş görürük deyirlər, dədələrinin puluyla iş görməyiblər ki. Bakının abadlığına buraxılan pulu mənə versəydilər, o zaman görədilər ki, o qədər pula nələr etmək olardı. Mən 50 ildir sənət yolunda can qoyuram, ancaq Türkiyəyə getməyə pul tapmıram, onların balaları isə xaricdə bizneslə məşğuldur. Hardan alırlar axı o pulları? Hacıbalanın dörd-beş villası hardandır, aldığı maaşla o villaları tikmək, biznesi qurmaq mümkündürmü? Ermənini söyürük, ancaq vallahi, billahi bunlar ermənidən də pisdir. Erməni açıq düşmənimizdi və inşaallah da canlarını çıxaracağıq, atalarını yandıracağıq. Bunlar bəs kimdir axı? Maskalanıb içimizə giriblər, millətləri, cinsiyyətləri, yerləri-yurdları, genləri, qanları, südləri bəlli deyil. Kef edirlər özləri üçün, obyektləri, villaları, biznesləri, hər cür şəraitləri”.

Şeyx Əbdül sonda bildirib ki, yeganə çıxış yolu cinayət törətməkdir: “Bu ayın 15-də 72 yaşım tamam olacaq, bundan sonra nə edəcəyimi bilmirəm. Yeganə çıxış yolum qalıb, ad günümdə əlimə bir lom götürüm, gedib Hacıbalanın təpəsinə vurum... Azərbaycan xalqını da .... xilas edim. Gah mərhum Heydər Əliyevin adından istifadə edir, gah bilməzsən nə kimi yalanlar danışıb maşşenniklik edir. Prezidentimiz bu boyda işlər görür, ancaq anlamıram ki, bu boyda Bakını nəyə görə bir... Normal adamlar varkən, bunu vəzifədə niyə saxlayırlar, mən anlamıram”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar