Narkotik lideri öldürülüb

Venesuelada ən çox axtarılan narkotik lideri Xose Tover Kolinanın öldürüldüyü açıqlanıb. Musavat.com xəbər verir ki, Venesuela daxili işlər nazirliyindən verilən məlumatda, ölkədə illərdir axtarılan narkotik baronu "El Picure" ləqəbli Xose Kolinani polislə girdiyi silahlı insidentdə öldürüldüyü bildirilib.

Daxili işlər naziri Qustavo Lopez, Kolinanın ölkənin mərkəzi bölgələrində yerləşən əyalətlərdə narkotik kartecinin lideri olduğunu deyib. Sözü gedən cinayətkar dəstə bir neçə cinayət işi törətdiyi və polislə tez-tez silahlı atışmalara girdiyi bildirilib.

Cinayət işlərinin ən çox işləndiyi ölkə kimi tanınan Venesuelada bu ilin ilk 3 ayında 4 min 7 yüz, keçən il isə 27 min 875 nəfər cinayətə qurban gedib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar