"Döyüşlər hər an başlaya bilər"- Ohanyan

“Vəziyyət gərgindir.Təmas xəttində vəziyyət gərgindir, döyüş əməliyyatları istənilən vaxt başlaya bilər". Oxu.Az-ın News.am-a istinadən məlumatına görə, bu barədə mayın 4-də jurnalistlərə açıqlmasında Ermənistan Müdafiə naziri Seyran Ohanyan deyib:

“Biz müvafiq təhlillər aparırıq. Azərbaycanın gücü və mümkün hərəkətlərindən nəticə çıxarırıq”, - erməni nazir deyib. O əlavə edib ki, hələlik təmas xəttində müvəqqəti atəşkəs var.

S.Ohanyan həmçinin Rusiyanın Ermənistana silah tədarükünə də toxunub.

“Hərbi-texniki əməkdaşlığın sürətlənməsi üzrə işlər aparılır”, - o, deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar