Manatla kreditlərə də məhdudiyyətlər tətbiq edildi

manat_15.08.2014_1Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası mayın 4-də keçirilən növbəti iclasında sağlam borclanma və məsuliyyətli kreditləşməyə dair qərar qəbul edib. Qərarda xarici və milli valyutada istehlak kreditlərinin verilməsi şərtləri və onlara dair yeni prudensial çərçivə öz əksini tapmışdır.

Dollarla istehlak kreditləri

Beləliiklə, xarici valyutada istehlak kreditlərinin qadağan edilməsi ilə bağlı Palatanın 4 aprel tarixli qərarı qıvvədə qalıb. Üstəlik, daşınmaz əmlakın alınması üçün xarici valyutada kreditlərin verilməsinə də qadağa qoyulub. Dollar kreditlərinin şərtlərinə yenidən baxılacaq. Palatanın yeni qərarına görə, dollar müştərilərinin kredit yükünün yüngülləşdirilməsi üçün dollar kreditlərinin şərtlərinə yenidən baxıla bilər. Amma bu sağlam kreditləşmə şərtləri ilə mümkündür.

Manatla istehlak kreditlərinə məhdudiyyət qoyulub

Manatlı istehlak kreditlərinə də məhdudiyyət qoyulub. Palatanın qərarına görə, milli valyutada istehlak kreditləri o şərtlə verilə bilər ki, müştərilərin borc yükü izafi artmasın. Yeni əmsallar tətbiq ediləcək. Əmsallardan biri borcyükünün gəlirə nisbətinə, digər əmsa lisə kreditin məbləğinin təminatı nisbətinə aiddir. Qeyd edək ki, indiyədək kredit məbləğinin təminata nisbətilə bağlı tələb 70% təşkil edirdi (yəni verilən kreditin məbləği girovun bazar dəyərinin 70%-dən artıq olmamalı idi). Qəbul edilmiş qərar 6 may 2016-cı il tarixindən qüvvəyə minir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar