"Yerevan qondarma DQR-in tanınması məsələsini Moskva ilə müzakirə etməyib" - Dmitri Peskov

Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinin kövrək atəşkəsi pozacaq addımlardan yan qaçacağına ümid edir

Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinin kövrək atəşkəsi pozacaq addımlardan yan qaçacağına ümid edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Jurnalistlərin qondarma Dağlıq Qarabağ Respublikasının tanınması məsələsi ilə bağlı Yeravanın Moskva ilə müzakirə aparıb-aparmamasıyla bağlı sualını cavablandıran D.Peskov belə şeyin olmadığını qeyd edib: "Xeyr, Yerevan qondarma Dağlıq Qarabağ Respublikasının tanınması məsələsini Moskva ilə müzakirə etməyib. Bu mövzuda qəbul edilən qərarları diqqətlə izləyirik. Və təbii ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin kövrək atəşkəsi pozacaq və yekunda təmas xəttində gərginliyin artmasına səbəb olacaq addımlardan yan qaçacağına ümid edirik".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar