Vergi ödəməkdən yayınmaqda təqsirləndirilən şəxslərin cəzaları azaldılıb

vergilerBakı Apellyasiya Məhkəməsində vergi ödəməkdən yayınmaqda təqsirləndirilən İlkin Abbasov, Dərgah Əsgərov və Fikrət Kazımov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, İ.Abbasovun cəzası 3 il 6 aya, D.Əsgərovun cəzası 4 ilə və F.Kazımovun isə cəzası 3 il 6 aya endirilib.

Qeyd edək ki, ötən il fevral ayında Vergilər Nazirliyinin (VN) yaydığı məlumata görə, VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan istintaq zamanı müəyyən edilib ki, Azərbaycan vətəndaşları, əvvəllər məhkum olunmuş İ.Abbasov, D.Əsgərov və F.Kazımov qabaqcadan əlbir olaraq bir neçə nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaradadıblar. Onlar 2011-2013-cü illər ərzində 1 milyon 702 min 467 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri üzrə ittiham olunublar.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə İ.Abbasov və F.Kazımovun hər biri 4 il 6 ay, D.Əsgərov isə 5 müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar