Avropa çempionatının ilk oyununun qalibi müəyyənləşib

 Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatı start götürüb. "Report"un məlumatına görə, Bakıda keçirilən turnirin ilk görüşü Avstriya və Bosniya və Herseqovina komandaları arasında keçirilib.

"Bakcell Arena"da keçirilən qarşılaşmaya nominal meydan sahibi olan Avstriya daha aktiv başlayıb. Nəticədə Xistof Baumqartner matçın 18-ci dəqiqəsində komandası hesabda önə çıxarıb - 1:0.

17 dəqiqə sonra gənc yarımmüdafiəçi dubl edərək özünün və komandasının ikinci qolunu vurub. İkinci hissədə qapılara qol vurulmayıb və qarşılaşma Avstriyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk oyundan sonra Avstriya yığması aktivinə 3 xal yazaraq B qrupunun birinci pilləsini ələ keçirib. Qrupun digər oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Saat 17:00-da start götürəcək qarşılaşmada Ukrayna və Almaniya komandaları üz-üzə gələcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar