İranda hərbçilərlə kürd silahlıları arasında atışma olub  - 10 əsgər ölüb

İranın Qərbi Azərbaycan əyalətinin Sərdəşt bölgəsində İslam Respublikasının hərbçiləri ilə kürd silahlıları arasında atışma nəticəsində 10 əsgər həyatını itirib, 20-si yaralanıb.

"Report" xəbər verir ki, bunu İran Kürdüstan Demokratik Partiyası Şurasının üzvü Məhəmməd Saleh "Anadolu" agentliyinə bildirib.

Onun sözlərinə görə, İran-İraq sərhədi yaxınlığında yerləşən Sərdəşt rayonunda kürd silahlıları ilə İran hərbçiləri arasında atşıma düşüb: "Nəticədə 10 əsgər ölüb, 20-si yaralanıb. Öldürülən hərbçilərin 8-i haqda əlimizdə məlumat var. Onlardan biri böldəki yüksək rütbəli komandirdir".

İran İnqilab Keşikçiləri Qvardiyasının "badriyoon.ir" saytının məlumatına görə, Sərdəştdə iki əsgər həyatını itirib, biri isə yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar