Çay evində adam bıçaqlayan şəxsə hökm oxunub

mehkeme-cekic-hokmBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Sənan Məmmədəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə S. Məmmədəlizadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il dekabrın 1-də Bakıda yerləşən çay evlərindən birində Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü İntiqam Pənahəliyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Sənan Məmmədəlizadə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar