Davudoğlunu əvəzləyəcək şəxs bilindi - ÇAVUŞOĞLU

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında yaranmış siyasi fikir ayrılıqları barədə müzakirələr davam etməkdədir. Türkiyədəki mənbələrdən Modern.az saytına verilən məlumata görə, Əhməd Davudoğlunun AKP-dəki istefasından sonra onun yerinə Türkiyənin indiki xarici işlər naziri Mövlud Çavuşoğlu gətiriləcək.

Mənbənin verdiyi məlumatda buna əsas səbəb kimi, Mövlud Çavuşoğlunun Ərdoğan siyasi kursuna daha yaxın olması göstərilir. Çavuşoğlunun hökumətdəki digər siyasi simalarla müqayisədə bu gün Ərdoğana daha sadiq kadr olduğu deyilir.

Qeyd edək ki, bir neçə saat Baş nazir Əhməd Davutoğlunun sədrliyi ilə AKP-nin iclası keçirilib. Partiyanın iclasında Davudoğlunun istefa məsələsi gündəmə gəlib. AKP-nin növbəti qurultayında Əhməd Davudoğlu partiya sədrliyinə namizədliyini verməyəcək. Qurultayın isə mayın 22-də keçirilməsi barədə qərar qəbul edilib.

Türkiyə mətbuatında Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun da adı hallanır.

AKP-nin mayın 22 də keçiriləcək qurultayına münasibət bildirən Ərdoğan “Fövqəladə qurultayın keçirilməsi Baş nazirin öz qərarıdır, xeyirli olsun” deyə münasibət bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar