Suriyada iranlı hərbi mütəxəssislərin sayı artırılacaq - İran XİN

iran nefti“İran terrorizmlə mübarizənin aktivləşdiyi halda Suriyadakı hərbi mütəxəssislərinin sayını artıracaq və rəsmi Dəməşq istədiyi müddətdə həmin ölkədə qalacaqlar”.

APA-nın məlumatına görə, bu sözləri İran xarici işlər nazirinin müavinin Hüseyn Amir Abdollahian “RIA Novosti”yə müsahibəsində deyib. O qeyd edib ki, iranlı mütəxəssislər hərbi əməliyyatlarda iştirak etmirlər, lakin ehtiyac olduğu halda hərbi əməliyyatların baş verdiyi ərazilərə gedirlər. Xarici işlər nazirinin müavini əlavə edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun hərbi müşavirləri Suriyada nəzərəçarpacaq itki verib, lakin Suriyada hazırda heç bir İran hərbçisi və xüsusi bölməsi yoxdur: “İndiyə kimi Suriya hökumətinin istəyi ilə İran Suriyaya SEPAH hərbi müşavirlərini göndərib. Onlar bizim terrorla mübarizə sahəsində ixtisaslaşmış müşavir və mütəxəssislərimizdir. İran ordusundan olan bəzi mütəxəssis və hərbi müşavirləri də həmin şəxslərlə birgə Suriyaya göndərmişik. Onlar həbi müşavirdirlər, lakin ehtiyac olduğundan hərbi əməliyyat gedən ərazilərdə olublar və əzablı şəkildə ölüblər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar