Ermənistanın muzdlu döyüşçüsü ayaqlarını itirib - Video

Hazırda həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Andranik Arutunyan - Ermənistan ordusunun yaralanan muzdlu döyüşçüsü

Ermənistanın Vanadzor şəhərinin sabiq meri döyüşlər zamanı yaralanıb. ANS PRESS-in Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, Andranik Arutyunyan orduya muzdlu döyüşçü kimi yazılıb.

O, minaatandan açılan atəş nəticəsində ayağının birini itirib. Hal-hazırda Arutyunyan Xankəndi hospitalındadır. O, süni nəfəs aparatından asılı vəziyyətdədir. Həkimlər onun vəziyyətini çox ağır qiymətləndirir.

Amma Arutyunyanın nə vaxt və hansı döyüşlərdə yaralandığı barədə məlumat verilmir. Aprelin əvvəlində cəbhə xəttində vəziyyət gərginləşən zaman Ermənistanda muzdlu döyüşçülərin orduya cəlb edildiyi barədə məlumatlar yayılmışdı.

Onlar yaşları 60-65 arası qoca kişiləri orduya cəlb edirdilər. Cəbhə xəttində aprelin əvvəlində baş verən döyüşlər zamanı Ermənistan ordusunun beş könüllüsü öldürülmüşdü.

Amma Dağlıq Qarabağa göndərilən bütün könüllülər tələb olunan qaydalara əməl etmirlər. Çünki onlar bəzi hallarda özlərini “ sanatoriyada” hiss edirlər. Gündüz mövqelərə, axşam mehmanxanalara gedirlər. Ancaq onlar döyüşçülər üçün nəzərdə tutulan paydan və başqa ləvazimatlardan istifadə edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar