Şuşada döyüşən əsgərlərlə görüş - VİDEO

ANS-in Qızıl Fondu 1992-ci ildə Şuşada çəkilmiş kadrları təqdim edir. Videodan əsgərlərdəki döyüş ruhu açıq-aydın hiss olunur. Reportaj Vahid Mustafayev və Mir Şahin tərəfindən hazırlanıb.

Əsgərlər sadəcə silah-sursat, avadanlıq, tibbi ləvazimatların çatışmazlığından şikayət ediblər. Onlar heç bir çatışmazlığa baxmayaraq, son damla qanlarına qədər döyüşəcəklərini söyləyiblər. Polis kapitanı Şahmar Hüseynov ermənilərlə sülhün mümkünsüz olduğunu onların sözünə də, sülhünə də inanmağın yalnış addım olduğunu bildirib.

“Ermənilər xain millətdir. Onların çörəyi dizlərinin üstündədir. İstənilən dövlətlə müharibə aparıb sülh danışıqlarına girmək olar. Amma ermənilərlə olmaz!”,-deyə polis kapitanı fikirlərini bölüşüb.

Şuşa rayonu Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2014–cü il tarixinə 31.5 min nəfər olub. Şuşa rayonuna bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir.

1992-ci ildən rayon erməni silahlı dəstələrinin işğalı altındadır. Şəhər 8 may 1992-ci ildə işğal edilib və vəhşicəsinə dağıdılıb. Şuşa rayonunun əhalisi hazırda qaçqındır və Azərbaycanın müxtəlif regionlarında yaşayırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar