"“DQR"in tanınması" Ermənistan parlament gündəliyinə daxil edilməyib - BBC

Ermənistan hökuməti tərəfindən bəyənilmiş və Ermənistan parlamentinin müzakirəsinə təqdim edilmiş “Ermənistanın DQR-i tanıması” haqqında qanun layihəsi növbəti parlament sessiyasının gündəliyinə daxil edilməyib.

Ermənistan hökuməti mayın 10-da keçiriləcək növbədənkənar sessiyanın gündəliyinə 15 məsələ və 4 beynəlxalq müqavilə daxil edib, Ermənistan Kabinetinin saytında deyilir.

Qarabağın tanınması haqqında qanun layihəsi gündəliyə daxil edilməyib, BBC Azərbaycancanın Yerevan müxbirinin Ermənistan parlamentinin iclasının gündəliyinə əsasən verdiyi məlumatda deyilir.

"Ermənistan hökuməti parlament gündəliyini tərtib edib. Bu məsələ gündəlikdə yoxdur", - müxbirimiz xəbər verir.

Bundan əvvəl isə qanun layihəsinin gələn həftə gözlənilən növbədənkənar parlament iclasının gündəliyinə daxil ediləcəyi gözlənilirdi.

Ermənistan hökuməti cümə axşamı keçirdiyi iclasında Ermənistanın “Dağlıq Qarabağ Respublikasının tanınması” haqqında qanun layihəsini dəstəkləyib.

Qarabağın tanınması məsələsi “Azərbaycanın yeni aqressiya başlaması təqdirdə” parlamentin gündəliyinə daxil ediləcək, Nazirlər kabinetinə qanun layihəsini təqdim edən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan məsələnin gündəliyə daxil edilməməsini jurnalistlərə izah edərkən deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar