Prezident İlham Əliyev “Azərxalça” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb

ilham_aliyev_imza_251114Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilib.

Səhmləri dövlətə məxsus olan “Azərxalça” ASC Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

Sosial səhifələrdə paylaş

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar