Bank işçisi işdə yatdı, müştəri milyonçu oldu

Hesabına köçən milyonları xərcləyən qız isə həbs edilib.

Avstraliyada hesabına səhvən 4.6 milyon dollar pul köçürülən qız 4 il sonra həbs edilib. ANS PRESS-in məlumatına görə, pulun 1.3 milyon dollarını xərcləməyə imkan tapan gənc ölkədən qaçmaq istəyərkən tutulub. 21 yaşlı Kristin Jiaksin Lee 1.3 milyon dolları lüks əşyalara xərcləyib. Hazırda Kristinə qarşı cinayət işi qaldırılıb və o, saxtakarlıq, aldatma yolu ilə maliyyə üstünlüyü əldə etmə maddələri ilə ittiham edilir. Ölkəni tərk edərək Malaziyaya qaçmaq istəyən Lee Sidney hava limanında həbs edilib.

Gənc qız Avstraliyada təhsil alıb.

Kristin Jiaksin Lee

Digər bir maraqlı pul köçürmə əməliyyatı isə Almaniyada baş verib. Banklardan birində işləyən mütəxəssis müştərinin hesabına 222 milyon avro köçürüb. Hadisə onun klaviatura arxasında yatması nəticəsində baş verib. Həmin müştəri cəmi 64,2 avro köçürmə həyata keçirməli imiş. Lakin mürgüləyərək əlini klaviaturanın üstünə qoyub. Yuxu tutduğu an 2 rəqəmini basdığı üçün başqasının hesabına 222222222,22 avro köçürüb.

Bu səhv tezliklə aşkarlanıb və aradan qaldırılıb. Hadisə nəticəsində bankın 48 yaşlı əməkdaşı işdən qovulub. Qovulan şəxs iş vaxtı işçilərə nəzarətdən məsuliyyət daşıyırmış. 1986-cı ildən həmin bankda işləyən xanım məhkəməyə müraciət edərək bu pul köçürməsinin qəsdən yox, təsadüfən baş verdiyini söyləyərək işinə bərpa edilməsini istəyib.

Məhkəmə müəyyənləşdirib ki, həmin gün əməkdaş 800 köçürmə həyata keçirib və bunların hər birinə 1 saniyə vaxt sərf edib. Bu səbəbdən onun işə bərpa edilməsi ilə bağlı qərar çıxarıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar