Salyanda kriminal dəstənin üzvləri saxlanılıb

APA-nın Mil-Muğan bürosunun əldə etdiyi xəbərə görə, özünü polis kimi təqdim edərək vətəndaşa hədə-qorxu gəlməklə, 15 min manat alan Salyan sakini, 1997-ci il təvəllüdlü İlyasov Vaqif Şükran oğlu (kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan kriminal avtoritet), onunla əlbir olan Salyan rayonu Arbatan kənd sakini, 1994-cü il təvəllüdlü Qasımov Kamran Tağı oğlu (bir müddət əvvəl həbs olunan kriminal avtoritet “Tağı Salyanski”nin oğlu) və 1990-cı il təvəllüdlü, 7 il həbsdə olan Məlikov Rza Əliqulu oğlu (“Krıtıy Rza” ləqəbli kriminal avtoritet) həbs edilib.

R. Məlikov narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir. Onun dolayısı ilə yuxarıda adıçəkilən şəxslərlə ilə əlaqələrinin olduğu, konkret olaraq kriminal yolla yığılan pulların xəzinədarı olduğu bildirilir.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar