Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının Açılış Mərasimi başlayıb

Qitə turnirinin final mərhələsində 4 qrupda 16 komanda mübarizə aparır

Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının Açılış Mərasimi başlayıb.

"Report" xəbər verir ki, qitə turnirinin final mərhələsində 4 qrupda 16 komanda mübarizə aparır. Qrup oyunları mayın 12-dək davam edəcək. 14-15 mayda 1/4 final, 18 mayda isə yarımfinal oyunları keçiriləcək. Turnirin final qarşılaşması mayın 21-də keçiriləcək.

Avropa çempionatının A qrupunda Azərbaycan, Belçika, Portuqaliya, Şotlandiya, B qrupunda Avstriya, Almaniya, Ukrayna, Bosniya və Hersoqovina, C qrupunda Danimarka, İngiltərə, Fransa, İsveç, D qrupunda isə İtaliya, Hollandiya, Serbiya və İspaniya komandaları yer alıb.

Oyunlar Bakı Olimpiya Stadionu, "Bakcell Arena", "Azərsun Arena" və "Dalğa Arena"da keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar