Moskvada jurnalist qətlə yetirildi

Moskvada jurnalist, “Milli xəbərlər xidməti” agentliyinin direktoru Aleksandr Rubtsov qətlə yetirilib.

Onun 35 yaşı vardı.

Həmkarlarının sözlərinə görə jurnalist mayın 3-də öldürülüb və mənzili qarət edilib.

Bədənində 7 bıçaq yarası və ciddi zədələr, döyülmə izləri aşkar edilib.

Onun meyitini bayram günləri Kaluqadan oğluna baş çəkməyə gələn anası aşkar edib.

Agentlik qətlin onun peşə fəaliyyəti ilə bağlı olmasını istisna edir.

Amma qatilin tanış olduğu və Saşanın onu evə özü buraxdığı güman edilir.

Artıq qatilin fotosu da var , axtarış gedir.  /Azadlıq radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar