Ərdoğan Davudoğlunun istefasını dəyərləndirdi: “Xeyirli olsun”

Artıq vəzifəsindən istefa verdiyi məlum olan Türkiyənin baş naziri Əhməd Davudoğlunun 22 may AKP-nin növbədənkənar qurultayında partiya rəhbərliyinə namizədliyini irəli sürməməsi ilə bağlı qərarını prezident Rəcəb Tayyib Ərdoğan dəyərləndirib.

Musavat.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Ərdoğan, Davudoğlunun AKP rəhbərliyinə namizədliyini irəli sürməməsi qərarı ilə bağlı bunları deyib: “Bu baş nazirin qərarıdır. Xeyirli olsun”

Qeyd edək ki, Davudoğlu bu gün canlı yayımda verdiyi açıqlamada 22 may qurultayında AKP rəhbərliyinə namizəd olmayağını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar