London meri ilk dəfə müsəlman seçilə bilər

“YouGov” təşkilatının keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən, London meri ilk dəfə olaraq müsəlman ola bilər.

Leyboristlər partiyasının üzvü, Pakistan əsilli Sadiq Xan London meri seçkilərinin birinci raundunda səslərin 43 faizini, onun əsas rəqibi – mühafizəkar Zak Qoldsmit isə 32 faizini toplaya bilər.

Yekun nəticədə isə, Xanın 57 faiz, Qoldsmit isə 43 faiz səs toplayacağı proqnozlaşdırılır.

Sorğu 2-4 may tarixlərində keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar