ABŞ-ın silah ambarında partlayış baş verib

Amerikanın Hyuston şəhərində silah və sursat ambarında yanğın olub. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, ətrafdan bir neçə partlayış səsi eşidilib. Şəhər idarəçiliyindən bildiriblər ki, atmosferə təhlükəli maddələr buraxılıb.

Məlumata görə, yanğın yerli vaxtla səhər saatlarında baş verib. Hazırda yanğının söndürülməsinə 170 yanğınsöndürən maşın cəlb edilib. Havaya buraxılan təhülükəli qazlara görə, ambarların yaxınlığında olan məktəblər köçürülüb. Həmin rayonun sakinlərinə qapı, pəncərə, bacaları möhkəm bağlamaq və evdən bayıra çıxmamaq tövsiyə olunub. Yanğının səbəbi araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar