“İkinci tur olsa Cəmil Həsənlini dəstəkləyəcəm”- İqbal Ağazadə

“Debatlarda hədəf təsadüfi seçilmir. Həmişə hədəf Cəmil Həsənli və mən oluram”

Prezidentliyə namziəd, Ümid Partiyasının sədri İqbal Ağazadə “Amerikanın səsi”nə müsahibəsində İctimai Televiziyanın efirində debat zamanı prezidentliyə namizədin təhqir edilməsini pisləyib, seçki platformasının həm iqtidarın, həm də Milli Şuranın namizədinin platformasından fərqli olduğunu bildirib.

O seçkilərdə ikinci turun YAP və Milli Şuranın namizədi arasında olarsa, Milli Şura ilə alyansa gedəcəyini deyib.

İqbal Ağazadə deyib ki, hakimiyyət prezident seçkiləri kimi ciddi bir institutu bu cür qeyri-ciddi debatlarla istiqamətləndirir. “Debatlarda hədəf təsadüfi seçilmir. Həmişə hədəf Cəmil Həsənli və mən oluram”, - deyə o, əlavə edib.

Ümid sədri kütləvi tədbirlər üçün ayrılmış yerlər seçicilərdən çox uzaqda yerləşdiyini də qeyd edib: “Əslində biz seçicilərin görüşünə getməliyik, amma seçiciləri dəvət edirik”.

Onun fikrincə, efir vaxtı təzadlıdır. “Radioda saat 21-də, televiziyada saat 19-da namizədlərin debatı başlayır. Əslində seçicilər saat 19-da işdən evə doğru gedir, yollarda tıxaclarda avtomobillərdə olur televiziyalara baxa bilmirlər. Saat 21-də isə evdə olurlar radioya qulaq asa bilmirlər”,- deyə o bildirib.

İkinci turun mümkünlüyü ilə bağlı İqbal Ağazadə bunu deyib: “İkinci tur İlham Əliyevlə mənim aramda ola bilər. Təbii ki, ikinci tur İlham Əlievlə Milli Şuranın namziədi arasında olarsa, Milli Şura ilə alyansa girməyi düşünürük”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar