EMİN AĞALAROV MODEL SEVGİLİSİLƏ DUBAYDA - FOTOLAR

Crocus Group” şirkətlə qrupunun vitse-prezidenti Emin Ağalarov ötən ilin mayında Azərbaycan prezidentinin qızı ilə boşandıqdan sonra şəxsi həyatını ictimaiyyətdən gizlədirdi. Son vaxtlar isə o şəxsi həyatı üzrərindən pərdəni götürməyə başlayıb. 

Emin Ağalarov ötən gün yeni sevgilisi, “Miss Mordaviya-2004”ün qalibi, model Alyona Qavrilova ilə fotolarını İnstagram-da paylaşıb.

Foto cütlüyün istirahətdə olduğu Dubayda çəkilib. Emin Ağalarovun yanındakı qadının üzü görünməsə də, sosial şəbəkə istifadəçiləri “sirli gözəl”i tanıyıblar – bu, Alyona Qavrilovadır.

Son bir ay ərzində Emin və Alyona azı iki dəfə kamraların qarşısına çıxıblar. Alyona Qavrilova kameralar qarşısında poza verməsə də, üzünü də gizlətməmişdi. Onlar ilk dəfə "HELLO!" jurnalının mükafatlarının təqdimat mərasimində birlikdə görünmüşdülər. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar