ABŞ, ŞƏRQ CİNAHINDA ƏZƏLƏ NÜMAYİŞ ETDİRİR! – Ultramüasir qırıcılar Rumıniyada!

Rəsmi olaraq, ”F-22” qırıcı təyyarələri NATO-nun “Rapid Response” təlimləri ilə əlaqədar Şərqi Avropaya göndərilib. ABŞ-ın qırıcı təyyarələri buraya yerləşdirilmiş yardımçı personal dəstələrlə birlikdə böhran vəziyyətində sürətli uçuş təlimləri keçirəcəklər. Eskadrilya komadiri Daniel Lexoski Norveçin “NRK.no” portalına deyib: “Biz burada ona görə yerləşmişik ki, “F-22”-lərin NATO üçün lazımı anda, nəyə qadir olduğunu nümayiş etdirək”.

Təyyarələr Rumıniyanın Konstansa şəhəri yaxınlığındakı Mixail Koqalnıçanu aeroportunda yerə eniblər. Buradan rusların güclü hərbi qruplaşmalarının olduğu Krım yarımadasına və Qara dənizə qədər olan məsafə çox yaxındır. ”F-22”–nin pilotu Rob Morqan deyib: ”Həyata keçirdiyimiz tapşırıqlar hücum-müdafiə xarakterlidir. Biz çox diqqətliyik və ehtiyatlı hərəkət edirik”.

- Biz öz iştirakımızı artırmaq istəyirik

“F-22” qırıcıları supermüasir datçiklərlə təchiz olunub və bu datçiklər təyyarənin pilotuna düşməni müəyyənləşdirməyə, onu izləməyə və həmçinin də ondan öncə atəş açmağa imkan verir. Radarların ekranında “F-22”-ni aşkarlamaq demək olar ki, mümkün deyil. ”Daily Mail” qəzeti yazır ki, bu təyyarələr o dərəcədə ultramüasirdir ki, ABŞ Konqresi “Lockheed Martin” şirkətinə onların xarici ölkələrə satmasını qadağan edib.

Hərbi Hava Qüvvələrinin 3-cü ştabının komandanı general-leytenant Timoti Reyin sözlərinə görə, bu təyyarələr, düşmən tərəfindən gələ biləcək istənilən təhlükənin qarşısını almaq qabiliyyətinə malikdirlər.

2014-cü ildə prezident Barak Obama Şərqi Avropa müttəfiqlərinə NATO-nun müdafiəsinin möhkəmləndirilməsi barəsində söz verib. ”Reuters” agentliyinin məlumatına əsasən, ABŞ Rusiyanın önünü kəsmək məqsədi ilə ilk dəfədir ki, Avropaya “F-22”–lər yollayır. ABŞ HHQ nümayəndəsi Şeril Klinkel deyib: ”Biz istərdik ki, müxtəlif yerlərdə daima hazır vəziyyətdə olaq və bütün şərq sərhəddi boyunca yerləşək”.

- Rusiya təyyarələri ABŞ gəmisinin lap yanından uçub...

“F-22”–lərin bölgəyə göndərilməsi iki Rusiya qırıcı təyyarəsinin ABŞ-ın Baltik dənizindəki “USS Donald Cook” hərbi gəmisinin hədsiz yaxınından uçmasından sonra başlayıb. “F-22” pilotu Den Naym “Reuters” agentliyinə bildirib: ”Düşünürəm ki, siz özünüz videoya baxıb, onların gəminin düz yanından necə keçdiyini görə bilərsiniz”.

ABŞ Dövlət katibi Con Kerri bəyan edib ki, əgər Amerikanın hərbi gəmisi təhlükə hiss etsəydi, Rusiya təyyarəsinə atəş aça bilərdi.

- Ruslar öz fəaliyyətlərini aktivləşdiriblər

“CNN”–in məlumutına görə, Rumıniyanın Hərbi Hava Qüvvələrinin qərargah rəisi Lorian Anastasof deyib ki, ruslar daha çox zəhlətökən olmağa başlayıblar. Anastasof bildirib: ”Onlar öz Hərbi Hava Qüvvələrinin fəaliyyətlərini və təlimlərinin sayını artırıblar. Biz bunu hər gün görürük”.

Hazırda NATO böhran vəziyyətində özünün Şərqi Avropa müttəfiqlərini dəstəkləmək üçün şərq cinahını gücləndirməklə məşğuldur. Pilotlardan biri 26 yaşlı Den Barin deyir: ”Biz buraya kimisə təxribata çəkməyə yox, öz müttəfiqlərimizlə əməkdaşlıq etmək üçün gəlmişik”.

Təlimlərdən sonra ABŞ təyyarələri Şərqi Avropadan özlərinin Böyük Britaniyadakı bazalarına qayıdacaqlar. B.Britaniyada 12 ədəd “F-22” qırıcısı yerləşdirilib.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar