BAKIDA 8 YAŞLI UŞAĞI GİROV GÖTÜRƏN "İŞİD"-çi DANIŞDI - VİDEO

Elnur Məmmədov uşağın azad edilməsi müqabilində 30 000 manat pul istəyib

"İŞİD-lə bağlı saytlara baxıb bu hərəkəti etmişəm". Anspress-in məlumatına görə, bu sözləri özünü İŞİD-çi kimi təqdim edən və 8 yaşlı uşağı oğurlayan Elnur Məmmədov deyib.

"Atasına birinci növbədə 10 min, daha sonra 20 min verəcəyini bildirdim. Saat 9-da yenidən ona zəng elədim və Ramanada sahə 2 deyilən ərazidə qara qapı var, demişdim ki, pulu qoysun ora. Pulu götürəndə polis əməkdaşları məni yaxaladılar" - deyə təqsirləndirilənm şəxs bildirdi. Elnur Məmmədov 8 yaxşı Hüseyn Ramazanlını mayın 9-da qaçırıb. Bu haqda polis əməkdaşlarına uşağın atası Elnur Ramazanlı məlumat verib. Ata bildirib ki, mobil telefonuna dəfələrlə zəng edilərək oğlu Hüseyni girov götürülməsi barədə məlumat verilib. Elnur Məmmədov uşağın azad edilməsi müqabilində 30 000 manat pul istəyib, polisə bu barədə məlumat veriləcəyi təqdirdə uşağın orqanlarını çıxarıb satacağı ilə Hüseynin valideynlərini şantaj edib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub.

Hüseynin qonşusu 12 yaşlı Ülvü Ans tv-yə bildirib ki, əvvəlcə onu oğurlamaq istəyiblər. Lakin Ülvü "atam məni bura gələndə gördü" deyərək qaça bilib. "Daha sonra mənim başqa bir sinif yoldaşımı oğurlamaq istədilər lakin alınmadı və 2 gün bundan əvvəl həyətdə velosiped sürərkən gəlib Hüseyini qaçırdıblar" - deyə uşaq bildirib.

Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib. Hüseynin anası Ramilə Ramazanlının sözlərinə görə, bu hadisədən bərk qorxub. Ailə başçısı oğlu Hüseyinlə ekspertizada olduğundan onlarla görüşmək mümkün olmayıb.

8 yaşlı uşağı qaçırıb bu yarıtikilidə girov saxlayan Elnur Məmmədovun bu ayın axırında toyu olacaq. 12 yaşlı Ülvü sözlərinə görə, Elnur Hüseyinə deyib ki, o adam oğurluğunu Türkiyə telekanallarında efirə gedən 'Arka Sokaklar' serialından öyrənib .

Faktla bağlı cinayət məcəlləsinin 144.3 (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

__________

Bakıda özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs 8 yaşlı uşağı girov götürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "AzPolitika"ya verilən məlumata görə, mayın 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmamasını bildirib.

Aparılmış araşdırmalarla özünü “İŞİD” üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30 000 manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən edilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmamış tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar